Sahibkar icra hakimiyyətinin qanunsuz əməllərinə etiraz edərək özünü asdı — TƏFƏRRÜAT
“Ölkə.Az”ın xəbərinə görə, 1956-cı il təvəllüdlü Kərimov Xanlar Səyyad oğlu özünü bina 127-nin qarşısında yerləşən yarımtikili tövlənin içində asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılan zaman məlum olub ki, X. Kərimov icra hakimiyyətinin qanunsuz əməllərinə etiraz edərək intihar edib. Belə ki, bir müddət öncə sahibkara məxsus mağaza və avtodayanacağ saxta sənədlərlə Binəqədi rayon icra hakimiyyəti tərəfindən başqasına satılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
