Şagirdi döyən icra başçısının müavini cərimə edildi - 4000 manat
Lənkəranda İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Rasilə Arifqızı 4 min manat məbləğində cərimə olunub.
Məhkəmə hökm qəbul edərkən tərəflər arasında barışıq əldə olunduğunu, heç bir şikayət və tələbin olmadığını yumşaldıcı hal kimi qeydə alıb. İttiham olunan sabiq icra başçısı müavini son sözündə məsələnin bu qədər böyüməsindən peşman olduğunu deyib.
Xatırladaq ki, bir müddət əvvəl Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Şah Lahmacun"da yeməyin içindən həşərat çıxdı - Foto
Bakıda yeniyetməni aldadaraq 1200 manatını əlindən alıblar
Tovuzda üç uşaq anası özünü yandırdı
Məhkəmə nazirlik əməkdaşının çənəsini sındıran idmançı ilə bağlı qərar verdi
AQTA enerji içkiləri ilə bağlı monitorinqlərə başlayıb
Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
Rusiya Ombudsmanı Fuad Abbasovla bağlı açıqlama verdi