Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Bu gün səhər saatlarında Bakının Sabunçu qəsəbəsində dəhşətli bir qətl hadisəsi baş verib. Fərdi yaşayış evində 54 yaşlı Sevinc Məmmədova oğlu ilə aralarında yaranan mübahisə nəticəsində həyatını itirib.
Minval.info xəbər verir ki, qonşuların dediyinə görə, Elvin Məmmədovun psixoloji problemləri olub və bu səbəbdən ailə içində gərginliklər yaşanıb. Sevinc xanım mehriban bir insan kimi tanınırdı və şirniyyat sexində çalışırdı. Bir neçə il əvvəl digər oğlunu itirməsi onun üçün böyük bir sarsıntı olmuşdu.
Qonşuların bildirdiyinə görə, mübahisənin səbəbi şəxsiyyət vəsiqəsi olub. Elvinin anası ilə bu mövzuda mübahisə etdiyi və hadisənin qəfil baş verdiyi deyilir. Psixoloji problemləri olan şəxslərin vaxtında nəzarətə alınması və müalicə olunması zərurəti vurğulanır.
Hadisə zamanı evdə yalnız ana və oğlu olub, atası isə rayonda imiş. Elvinin əvvəllər ailəli olduğu, lakin sonradan boşandığı da qonşular tərəfindən qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir