Şabranda və Qubada pirotexniki vasitələr satanlar saxlanılıb
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Növbəti belə tədbir Şabran və Quba Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən keçirilib. Rayon ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Şabran rayon sakini Telman Quliyev, eləcə də Quba rayon sakinləri – Elmar Fərzəliyev və Tengiz Quliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslərin fəaliyyət göstərdiyi yerlərə baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Faktlarla bağlı onlar barəsində Şabran və Quba RPŞ-lərində araşdırma aparılır.
“Daxili işlər orqanları tərəfindən bundan sonra da məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər barəsində ciddi tədbirlər görüləcək”, – məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var