Şabranda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığını davam etdirir.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Cebhe.info-ya bildirdiyinə görə, bu gün Şabran rayon Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində analoji tədbirlər keçirib.
Tədbir zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.
Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır. Çünki onlar həm özləri, həm də sərnişinlər üçün təhlükə yaradırlar.
Nəzarət profilaktiki tədbirlər zamanı bildirilib ki, sürücülər öz vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?