Şabranda meşədə güclü yanğın başlayıb
Bu gün saat 14:00 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Minval.info-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və FHN-nin Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.
Nazirlikdən bildirilib ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ebola Konqoda 3 mindən çox can aldı
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman
Xocalıda ANAMA əməkdaşı minaya düşdü, xəsarət aldı
Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi