Sabir Rüstəmxanlı: “Bunlar Türkiyə xalqının iradəsini sarsıda bilməyəcək”
“Bildiyiniz kimi bir müddət əvvəl Güney Azərbaycanın Xoy şəhərində dəhşətli zəlzələ olmuşdu. Xoy və Türkiyənin zəlzələ baş vermiş bölgəsi bir-birinə çox yaxındır. Ona görə də əvvəlcədən Türkiyədə də bu cür zəlzələnin baş verəcəyi ehtimalı var idi. Qışın bu mövsümündə bu cür zəlzələnin baş verməsi təbii ki, faciədir. Türkiyənin bütün dostları, qardaşları bu faciədən təəssüflənir”.
Bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Musavat.com-a açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, dəfələrlə bu cür zəlzələyə şahidlik etmiş Türkiyə bu fəlakətin də qarşısında sarsılmayacaq:
“İndiki zamanda böyük bir yüksəliş dövründə olan, Türkiyə Cümhuriyyətinin 100 illiyi, seçkilərin keçiriləcəyi ərəfədə birdən-birə bu cür faciənin baş verməsi hamımızı yandırır.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Məlum olduğu kimi zəlzələ Türkiyənin 10 bölgəsini əhatə edir, insanların yatdığı bir zamanda sübh çağında baş verib. Buna görə də dağıntılar altında xeyli insanın olduğu ehtimal olunur. Bu zəlzələ 4-cü dərəcədən yuxarıdır, bu o deməkdir ki, dünya yardıma gəlməlidir. İlk dəstək Azərbaycandan gəldi və bu qürurvericidir.
Türkiyə xalqına böyük keçmiş olsun deyirik. Qardaş Türkiyə bundan əvvəl də daha dəhşətli faciələr yaşamışdı. Ümid edirəm ki, bu bəlanı, faciəni də geridə qoyacaq, yarasını sarıyacaq. Hesab edirəm ki, zəlzələlər, təbii fəlakətlər Türkiyə xalqının iradəsini sarsıda bilməz.
Ərdoğan başda olmaqla, bütün Türkiyə xalqına başsağlığı verir, ölənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirik!”
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı