Sabiq vəkilə ağır cəza verildi
Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərli barəsində məhkəmə araşdırması başa çatıb.
“Minval.info” Kriminalqafqaz-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, V.Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Səbinə Katanovadır. Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir.
Vüqar Səfərli bir müddət əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tanınmış azərbaycanlı müğənni qəza törədib hadisə yerindən qaçdı - VİDEO
Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib
Ağdaşda fəhlə dəzgahın içərisinə düşərək ölüb
Astarada 5 uşaq atası özünü güllələyərək intihar edib
Yevlaxda qadını şəkilləri şantaj edən şəxs saxlanılıb
Qardaşının arvadını öldürüb, sonra da intihar etdi - Abşeronda dəhşət
Masallıda maskalı şəxslər mənzilə basqın ediblər