Sabiq nazirin səhhətində problem yarandı (AÇIQLAMA)
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı açıqlaması ictimaiyyətin diqqətini çəkib.
Bəzi saytlar həmin açıqlamada Siyavuş Novruzovun hədəf göstərdiyi eks-nazirlər arasında keçmiş ekoklogiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da adının hallandırıb.
Minval.info xəbər verir ki, məsələ ilə bağlı modern.az-a açıqlama verən Hüseyn Bağırovun sözçüsü Vüsal Məmmədov eks-nazirin YAP-ın Siyasi Şurasında fəaliyyətini davam etdirdiyini deyərək. onun barəsindəki iddiaları təkzib edib:
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı açıqlamasından sonra, bəzi saytlar təəssüflər olsun ki, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun adını da hallandırıb. Ancaq Hüseyn Bağırovun dövlətimizi, dövlətçiliyimizlə bağlı mövqeyi aydındır. O, bütün məsələlərdə dövlətimizin yanındadır, hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi fəaliyyətini davam etdirir, partiyanın tədbirlərində iştirak edir, partiya üzvü kimi öhdəliklərini yerinə yetirir. Və Hüseyn Bağırov ölkə xaricində və ya ölkə daxilində heç kimi maliyyələşdirmir. Hazırda isə səhhəti ilə bağlı ölkə xaricində, müalicədədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var