13.09.2026 - 15:06
Ölkə
92 baxış
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov bu gün səhər saatlarında 86 yaşında dünyasını dəyişib.
Minval.info xəbər verir ki, Vaqif Novruzov bütün peşəkar fəaliyyətini hüquq qaydalarının mühafizəsinə və dövlətə xidmətə həsr etmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş və 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlarından biri olmuşdur.
Vaqif Novruzov həmçinin Birinci Qarabağ müharibəsinin veteranı idi. O, 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilmiş və 1994-cü il aprelin 29-dək bu postda çalışmışdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
01.11.2026 - 17:04
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
01.11.2026 - 13:54
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
01.11.2026 - 13:34
Azərbaycan elminə ağır itki
31.10.2026 - 11:54
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
30.10.2026 - 17:34
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
30.10.2026 - 11:54
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
28.10.2026 - 13:04