Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Baku.ws-ın məlumatına görə, BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada dinlərin bugünkü dünyada oynadığı mühüm roldan bəhs edib.
Migel Anxel Moratinos bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqları birləşdirmək və müxtəlif dinlər arasında ortaq cəhətləri önə çıxarmaqdır. Onun sözlərinə görə, bu ortaq səylər sülhə töhfə verir və dinlərin mahiyyəti sevgi, harmoniya və mərhəmət üzərində qurulub.
Moratinos təəssüf hissi ilə qeyd edib ki, bəzi hallarda dinlərdən sui-istifadə edərək terror və müharibə törətmək cəhdləri də olur. Buna görə də, din xadimləri və cəmiyyət fərqli dinlərin nümayəndələri ilə birgə çalışmalı, münaqişələrin həllində və sülhün təşviqində fəal iştirak etməlidir.
Müasir dövrün çağırışlarına da toxunan Moratinos, süni intellekt və yeni texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda dinlərin və mənəvi dəyərlərin bu yeniliklərə düzgün insani və etik istiqamət verməsinin vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək
SON DƏQİQƏRamiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır