Sabiq deputatın oğlunun banka 117 min borcu var
Sabiq deputat Yevda Abramovun oğlu Elçin Abramov məhkəməyə verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun banka külli miqdarda kredit borcu var. Belə ki, E.Abramov banka yaranan 117 918 manat borcunu ödəməyib. Buna görə də “Paşa Bank” Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşə hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılır.
Cavabdeh qismində Yevda Abramovun oğlu və onun rəhbərlik etdiyi “Agro Trade Com” şirkəti tanınıb. Şirkət plastik masa, plastik oturacaq, zibil konteynerləri (zibil yeşikləri), plastik yeşiklər və s. məhsulların istehsalı ilə məşğuldur.
Qeyd edək ki, Y.Abramov 14 il Milli Məclisdə deputat olub. 53 saylı Quba-Qusar dairəsi üzrə 2005-2019-cu illərdə parlamentə seçilib. 2019-cu ildə vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb?
Leyla Əliyeva oğulları ilə “Jara”da - Video
Xəzərdə zəlzələ olub
Müəllimə işləyən bacısına Mikayıl Müşfiqə görə atılan şər – ACI TARİX
Ramiz Mehdiyev vida mərasimində - Foto
Üç avtobusun yolu dəyişdiriləcək
Azərbaycanda dövlət qurumunun binası satılıb - 650 min manata