Sabiq deputatın başına iş gəldi - "Polisə məlumat verilib"
Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin mənzili qarət olunub.
Minval.info xəbər verir ki, Qulamhüseyn Əlibəyli faktı Avropa.info-ya təsdiqləyib.
Partiya sədri hadisənin konkret olaraq hansı gündə baş verdiyini bilmədiyini deyib.
Onun sözlərinə görə, qarət onun yaşadığı Yasamal rayonu F.İbrahimbəyov küçəsi bina 12-də baş verib.
O bildirib ki, ailə üzvlərimizlə birlikdə avqustun 3-dən -6-dək evdə olmamışıq və yəqin ki, hadisə də bu dövrdə olub.
Q.Əlibəyli deyib ki, evindən təqribən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb: “Hadisə ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verilib və istintaq əməliyyatı gedir”.
Oğru və ya oğruların mənzilə eyvandan keçməklə daxil olublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir