Sabah küçəyə çıxmaq tövsiyə edilmir

Azərbaycanda koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Minval.info-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 11-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Whats App" bunu da etdi
Qazaxda qəza - Ölən və xəsarət alan var
Pirşağı sakinləri susuzluqdan şikayət edirlər - FOTOLAR
4 rayonun qazı kəsiləcək
”Artıq düşmən qarşısında şaxsey-vaxseyi yığışdırmaq lazımdır və..."
Bu il əlillik təyinatı aparılan şəxslərin sayı açıqlanıb