Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq

Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq.
Minval.İnfo xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.
“Biz dənizləri neft-qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi.
Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq. Bu da böyük tarixi qələbəmizdir”, – deyə dövlət başçısı bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramil Usubov polis rəisini təqaüdə göndərdi
DİQQƏT! Bu yol bağlanır
Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA
İcra başçısı 100 yaşlı sakinin ad gününə getdi - Foto
Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu
Sabah paytaxtın bir neçə rayonunda qaz olmayacaq
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacağı gözlənilir