Sabah Bakının bu rayonunda qaz olmayacaq
Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən “Minval.info”ya verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-dan qidalanan orta təzyiqli qaz kəmərinin istismara yarasız hissəsinin yeni çəkilmiş diametri 400 mm-lik polieliten qaz kəməri ilə əvəz olunması ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri və K.Kərimov, D.Səfərov, M.Davud küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nobel prospektində yenilik
Uşaq pulunu bərpa etməli, yoxsa əlavə resursları təhsilə, elmə yönəltməli?
Bakıda mənzillərin kirayə qiymətləri qalxıb
Prezident iki məktəbə baş çəkdi
Ölümlə hədələnən qadın körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
Baş Nazirdən kirayə mənzillər haqda — VACİB QƏRAR
Oğuzda 20-yə yaxın şəxs cərimələndi - Səbəb