Sabah Bakıda havanın temperaturu pik həddə çatacaq: Sakinlərə xəbərdarlıq
Avqustun 3-də ölkə üzrə hava şəraiti ilə bağlı proqnozlar açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi bildirilir. Mülayim şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək.
Minval.info xəbər verir ki, gecə saatlarında havanın temperaturu 22-25° isti, gündüz isə 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % arasında dəyişəcək.
Ölkənin digər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gün ərzində qısamüddətli yağış və şimşək müşahidə oluna bilər. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 34-39°, dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 23-28° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşdü
Xankəndi və Füzulidə incəsənətə yeni nəfəs
Bayramov və Mirzoyan Nyu-Yorkda sülhü müzakirə edəcək
Anar Bayramovdan Sumqayıtda iki vacib təyinat
Azərbaycanda sabit internet tarifləri artırılacaq
Bakıda 21 və 30 nömrəli marşrut dəyişdi
Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi