Sabah 36 dərəcə isti olacaq - HAVA PROQNOZU
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Minval.info”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.
Azərbaycanın rayonlarında
Hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda zirzəmidə gizlədilmiş 1,5 kq qızıl və 21 min dollar oğurlandı
Qəzalı binalarda yaşayan məcburi köçkünlərə xəbər var
Siyavuş Novruzov: “Lazım olsa, dövlət İsa Qəmbərə dəstək verəcək”
Nazirlik Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırmaya başladı
Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər
Nazir Elşad Hacıyevi DİN-də yüksək vəzifəyə TƏYİN ETDİ