Saatlıda narkotik alverçisi saxlanıldı
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “minval”a bildirilib ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında şübhəli bilinən Saatlı şəhər sakini Hüsaməddin Abasov saxlanılaraq RPş-nə gətirilib.
Onun kustar üsulla hazırladığı 2 büküm heroin və metodonu 70 manat müqabilində satdığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə H.Abasovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 169 ədəd metodon və 26 ədəd tramadol həbləri, eləcə də 8 qramdan artıq metodon tozu, 2 qramdan artıq heroin, 1 ədəd şüşə flakonda tiryək məhlulu və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir