Səs-küy insulta səbəb ola bilər
Təmir-tikinti işləri zamanı yaranan səs-küy, avtomobil siqnalları böyük təhlükə mənbəyidir. Əsəblərə birbaşa təsir göstərən həmin səslər müəyyən sağlamlıq problemlərinə də səbəb olur.
Minval.info AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, əslində fərqində olmadığımız problemlərin kökündə 50 desibeli keçən səslər dayanır. Yuxusuzluq, stress, ürək-damar problemləri normadan artıq səs-küy nəticəsində yaranır.
Bunu nəzərə alan Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri insanlara həmin səslərdən mümkün qədər uzaq olmağı tövsiyə ediblər. Çünki yaranan xoşagəlməz səslər insulta və ürək xəstəliyinə aparıb çıxarır.
Bir müddət əvvəl təşkilat paltaryuyan, qabyuyan, ətçəkən maşının, tozsoran səsinin də insan sağlamlığına zərərli olduğu barədə xəbərdarlıq etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bronxit və bağırsaq xərçənginin qarşısnı alır - SÜD İÇMƏYİN 8 VACİB XEYRİ
İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
Gömrük Komitəsi "donuz qripi" ilə bağlı məlumat yayıb
Diqqət! Bu qidalar çox təhlükəlidir
Azərbaycanda özəl və dövlət apteklərinə nəzarət edən qurumlar açıqlanıb
Daha bir xəstəxana direktoruna cinayət işi açıldı