“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nə 2 milyon manat ayrılıb
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan qorxur: Rusiya-Ermənistan münasibətləri gərgin qalır
Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Kadırovdan saqqal və çadra çağırışı: Dəyişim!
Sinqapur baş nazirinin maaşı 60% artdı
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı