Sərnişin əzilərək öldü – Ağsuda dəhşətli yol qəzasının GÖRÜNTÜLƏRİ – VİDEO
Ağsu rayonunun Daşdəmirbəyli kəndi ərazisində qəza qeydə alınıb.
Minval.İnfo xəbər verir ki, Ağsu rayon Cəlayır kənd sakini 49 yaşlı Habil Usubovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil qarşı tərəfdən gələn Bakı şəhər sakini 29 yaşlı Elvin Tağıyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ 21011” markalı avtomobil deformasiyaya uğrayıb, nəqliyyat vasitəsində sıxılıb qalan sərnişinin cəsədi FHN-nin Xüsusi Riskli Xilasetmə qrupu tərəfindən çıxarılıb.
Sürücü Habil Usubov, sərnişinlər 47 yaşlı Rauf Cəfərov, 40 yaşlı Qamət Cəfərov, “Mitsubtishi” markalı avtomobilin sürücüsü Elvin Tağıyev və sərnişin, Bakı şəhər sakini 46 yaşlı Hidayət Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı arşdırma aparılır.
https://www.youtube.com/watch?v=WezGxqOsLHs&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
