Sərnişin dolu marşrut avtobusunu su basdı - BAKIDA (VİDEO)
Səhər saatlarından Bakıda yağan leysan nəticəsində bir neçə küçəni su basıb.
Minval.İnfo xəbər verir ki, yağışdan sonra paytaxtın mərkəzi küçələri suyun altında qalıb. Kanalizasiya sisteminin bərbad halda olması Bakını yağış zamanı iflic hala salıb.
Bu gün səhər saatlarında yağan yağışdan sonra hər yerdən bənzər videolar yayılır. Küçələr su altında qalıb, metrostansiyanı su basıb və s. Bu videolardan biri də marşrut avtobusu ilə bağlıdır.
Belə ki, yağış sularının axması üçün heç bir sistem normal işləmir. Buna görə də küçələrdə suyun hündürlüyü həddən artıq çoxdur. Bu da içi sərnişin dolu marşrut avtobusunun salonuna suyun dolmasına səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var