"Sən haranın maralısan?" - Afətdən Nadirə sərt sözlər
Şou-biznesdə növbəti qalmaqal müğənnilər Nadir Qafarzadə və Afət Fərmanqızı arasında yaşanıb.
Qafarzadə “Hüseynova bacıları” verilişində Afətin Nəsiminin “Sığmazam” qəzəlinə yazdırdığı mahnını tənqid edib. “Qulaq asmıram… Qulaqlarıma yazığım gəlir. Məni bir də ana doğmayacaq, belə qulaqlar dünyaya gəlməyəcək. Bu, mənim şəxsi fikrimdir. Elə musiqilər gələndə qulaqlarımı tıxayıram” sözləri cavabsız qalmayıb.
Fərmanqızı Nadirin sözlərini paylaşaraq, tənqidlər yazıb:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Sən deyildin “Çadralı qız” oxuyub, qulaqlarımızı korlayan? Bəs bizim qulaqlarımıza yazığın gəlmirdi? Sənin kimilər idi da bunları oxuyan. Bizi anamız neçə dəfə doğur ki? Biz də bir dəfə doğuluruq da…
Elnarə Abdullayeva kimi sənətkar mahnıma qiymət verdikdən sonra sən hara maralısan? Maral demişkən, bilmirsiz “Maral” mahnısını türklərdən kim oğurlayıb, oxuyub? Bu verilişə məni də çağırıblar, 21-də çəkiliş olmalı idi. Gəlməyəcəm, buradan deyim bilin.
“Gelandewagen”imi ora sürməyə heyfim gəlir. Bunların mahnıları pulla da trendə düşə bilmir. Mənim mahnım pulsuz, xalqın sevgisi ilə düşür. Dözə bilmirlər. Bunlar deyildi soyqırım günü konsert verən?”.(Axşam.az)
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"