Şəkidə polis əməkdaşının intihara cəhdinin səbəbləri bilindi
Şəki rayonunda polis əməkdaşının intihara cəhd etməsinin bəzi təfərrüatları məlum olub.
İntihara cəhd edən Elgün Rəsulov ailə üzvləri ilə mübahisə edəndən sonra bu addımı atıb.
Məlumata görə, polis əməkdaşının ailəsində həmin gün ailədə söz-söhbət olub və E.Rəsulov evi tərk edib. Daha sonra o, intihar etmək məqsədilə essensiya (sirkə) turşusu içib. Yaxınlarının köməkliyi ilə əvvəlcə Şəki şəhər Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.
ƏLAQƏLİ
Bayram məmmədovun ailəsində dəhşətli qətl: Anasını öldürməkdə qardaşı şübhəli bilinir
Şöbə müdiri Azər Maqsudovun Trend-ə verdiyi son məlumata görə, intihara cəhd edən E.Rəsulovun vəziyyəti ağır olsa da, stabilləşməyə başlayıb: “Səhhəti tam normal deyil. Müalicə olunur, vəziyyəti nisbətən stabilləşməyə başlayıb”.
Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib.(Trend)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu