"Şəhidin övladını həkimlər öldürüb"
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə vəfat edib.
2017-ci il təvəllüdlü Hüseyn Cəfərli şokolad kağızının qida borusunda qalması şübhəsi ilə axşam saatlarında xəstəxanaya gətirilib.
Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.
Məsələ ilə bağlı azyaşlının babası Etibar Cəfərli Bakupost.az -a açıqlama verib.
O nəvəsinin həkim səhlənkarlığının qurbanı olduğunu bildirib: “Uşağa ilkin tibbi yardım göstərilməyib. Hüseynin nəfəs borusuna şokolad kağızı yığışıb, ağlayıb. Onu anında deşməli idilər və ya təcili olaraq başqa xəstəxanaya göndərməli idilər. Uşaq Daşkəsəndən xəstəxanaya yeriyərək, gülə-gülə gedib. Vəziyyəti ağır olmayıb”.
2 saylı Birləşmiş Xəstəxanadan isə bildirilib ki, azyaşlı xəstəxanaya gec gətirilib və səhhəti ağır olub.
Məlumat üçün bildirək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin üç övladından biri idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
Həkim Nicatın qəhrəmanlığı: İnfarktdan xilas etdi
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu