Şəhid Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb - Fotolar

Naftalan şəhərində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Elyəddin Cəfərovun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“MİNVAL.İNFO” xəbər verir ki, ŞİH başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri tədbirdə iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Qeyd edək ki, Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?