Şəhid bulağının kranını qıran gənci döyüb qulağını kəsdilər - VİDEO
Samux rayonunun Füzuli kəndində 25 yaşlı gənc döyülərək, qulağı kəsilib.
“Minval.info” İTV-yə istinadən xəbər verir ki, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı Mirzaman Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb.
Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb.
Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ barədə “Qafqazinfo”ya bildirib ki, M.Əliyev rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su kranını qırdığına görə həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
https://www.youtube.com/watch?v=5fOcdPlmKQc&t=93s
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir