Şəhid atasından ürəkdağlayan sözlər: "Oğlum "mən qəhrəman kimi qayıdacam" deyirdi"
“Oğlum “mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm” deyirdi”.
Bunu “Report”a şəhid Adil Tatarovun atası Əli Tatarov deyib.
Şəhid atası bildirib ki, Adil Tatarov 3 ay əvvəl məzuniyyətə gəldiyi zaman bu sözləri söyləyibmiş: “Oğlum vətənin keşiyində durmasından fəxr duyduğunu və düşmənin torpaqlarımızın hər qarışından çıxarılması üçün hər zaman döyüşə hazır olduğunu söyləyirdi. Adil məzuniyyətə gələndə deyirdi ki, “mən qəhrəman kimi qayıdacam, ya da bayrağımıza bükülüb gələcəyəm”.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Ə.Tatarov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib: “Hər kəs vətənini qorumalı, Vətən uğrunda savaşmalı və mənim övladım kimi şəhid olmaqdan qorxmamalıdır”.
Qeyd edək ki, ailənin yeganə oğul övladı olan Adil Tatarovun hərbi xidməti başa vurmağına 4 ayı qalmışdı.
Minval.info
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı