Şamaxıda kanalizasiya böhranı: Sakinlər bezib!
Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan sakinlər, uzun müddətdir ki, kanalizasiya sisteminin olmamasından əziyyət çəkirlər. Sakinlər bildirirlər ki, çirkab suların toplanması üçün həyətlərində qazdırdıqları quyular dolduqca, tullantı suları küçələrə axır. Bu vəziyyət, həm qoxu, həm də ağcaqanadların çoxalması səbəbindən evdə oturmağı çətinləşdirir.
Minval.info xəbər verir ki, Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, Şəhriyar qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Lakin qəsəbənin tam və dayanıqlı içməli su təminatının və mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması üçün dövlət proqramı çərçivəsində müvafiq layihələndirmə işlərinin aparılması planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"