Evdə işləyənlərdə bel və diz ağrıları artır
Evdən işləyən şəxslər uzun müddət kompüter qarşısında oturduqları üçün bel və diz ağrıları ilə qarşılaşa bilərlər. Mütəxəssislər bildirirlər ki, uzaqdan işləyənlər günün böyük hissəsini oturaq vəziyyətdə keçirdikləri üçün əzələlər gərginləşir və hərəkət məhdudiyyəti yaranır. Bu vəziyyət zamanla duruşa və yerişə təsir edərək boyun, bel və dizlərə düşən yükü artıra bilər.
Minval.info xəbər verir ki, idman təbabəti üzrə mütəxəssis Maykl Frederikson, oturaq həyat tərzinin mənfi təsirlərini azaltmaq üçün gün ərzində mütəmadi fiziki hərəkət etməyi tövsiyə edir. O, yalnız axşam saatlarında idmanla məşğul olmağın kifayət etmədiyini, hər 30 dəqiqədən bir 5 dəqiqəlik fasilə verməyi, ayağa qalxaraq gəzməyi və yüngül dartınma məşqləri etməyi məsləhət görür.
Mütəxəssislər hesab edirlər ki, iş zamanı qısa, lakin müntəzəm fasilələrin verilməsi əzələlərin uzun müddət gərgin qalmasının qarşısını almağa və oturaq işin orqanizmə təsirini azaltmağa kömək edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"