Brent nefti 98 dollar səviyyəsini keçdi
Brent markalı neftin noyabr ayı üçün füçerslərinin qiyməti Londonun ICE birjasında keçirilən hərraclarda iyul ayından bəri ilk dəfə olaraq bir barel üçün 98 dolları keçib.
Minval.info xəbər verir ki, Bakı vaxtı ilə saat 19:05-də Brent neftinin qiyməti bir barel üçün 98,04 dollar təşkil edib ki, bu da hərracların bağlanış qiyməti ilə müqayisədə 1,83% artım deməkdir.
Sonradan saat 19:10-da qiymət bir qədər geri çəkilərək 97,96 dollara düşüb. Bakı vaxtı ilə saat 20:10-da isə neftin qiyməti 1,37% artaraq bir barel üçün 97,6 dollar səviyyəsində satılıb.
Oktyabr ayında tədarük ediləcək WTI markalı neftin füçerslərinin qiyməti isə Bakı vaxtı ilə saat 21:15-də 1,32% artaraq bir barel üçün 92,7 dollar təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan kinosu böyük rejissorunu itirdi
Azərbaycan bazarında Ermənistan məhsulları: Yeni dövr başlayır
Bakıda yağış və külək həyatı iflic etdi
Boşanma sonrası 93 min uşaq tək valideynlə yaşayır
Payız endirimləri: Bölgələrdə qiymətlər 50% ucuzlaşır!
Əhmədin 627 ballıq uğur hekayəsi!
Bakıda leysan və şimşəkli hava gözlənilir