Şəhid ailəsi üzvlərinə vergi güzəşti iki dəfə artırılır
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Minval.info-nun xəbərinə görə, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad ediləcək.
Xatırladaq ki, dəyişiklik layihəsinin birinci oxunuşuna əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulurdu.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?