Səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirildi
Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Cinayət işinin istintaqını aparan Tehran Cinayət Prokurorluğu hesab edir ki, Y.Hüseynzadə şizofreniya daxil olmaqla, psixi problemlərdən əziyyət çəkir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Məlumata görə, səfirlikdə terror aktı törədən cinayətkar azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanasında qalacaq və müxtəlif müayinələrdən keçiriləcək.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.
İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib. Belə məqamda Y.Hüseynzadənin xəstəxanaya yerləşdirilməsi İran rejiminin terroru himayə etməsindən irəli gəlir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda