Səfir: "Zelenski Putinlə birbaşa danışıqlara hazırdır"
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazırdır”.
“Minval.info” TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “Handelsblatt” nəşrinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Volodimir Zelenski istənilən vaxt Vladimir Putinlə birbaşa danışıqlar aparmağa hazır olsa da, Moskva Kiyevin uzatdığı əllərdən imtina edir.
A.Melnik bildirib ki, Almaniya kansleri Olaf Şols Donbas üzrə “Normand formatının” (Rusiya, Almaniya, Fransa və Ukrayna) bərpasını şəxsən istəməlidir. O, Almaniya hökuməti və müxalifətini Ukraynaya müdafiə silahı tədarük etməsi məsələsinə yenidən baxmağa çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!