“Sədərək” ticarət mərkəzində pirotexniki vasitələr satanlar saxlanılıb
“Sədərək” ticarət mərkəzində pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən dekabrın 23-də Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazaların birində Bakı şəhər sakinləri – N.Əsədov və A.Zeynallı pirotexniki maddələrin satışı ilə məşğul olduqları aşkarlanıb.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Həmçinin Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 23-də şəhər ərazisindəki mağazaların birindən 26 306 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə 2 uşaq anası özünü binadan atdı
Oğurluğa getdiyi mağazanı yandırdı - FOTO
Bakıda avtomobillər toqquşub, biri aşıb
Avtomobillərdə qanunsuz dərman preparatları aşkarlanıb (FOTO)
Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutuldu
Azərbaycanlı gənc 74 yaşlı qadına təcavüz edib – Sonra isə bıçaqlayıb – FOTO
"Bandotdel" əməliyyat keçirdi: "Tapanca Adil" həbs edildi - Foto