"S-400-lərin tədarükü Türkiyənin daxili işidir" - Ərdoğan
“Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü Türkiyənin daxili işidir, bu, NATO-ya mənfi münasibət bəsləmir”. AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Rusiyanın S-400” hava hücumundan müdafiə sistemlərinin Ankara tərəfindən alınmasına dair razılaşma Türkiyə ilə Rusiya arasında əməkdaşlığın inkişafı baxımından mühüm addımdır. Rusiya sistemləri çox mühüm hücum müdafiə sistemidir. Tədarük Türkiyənin daxili işidir. Bu, bizim qərarımızdır. Bu qərarı verdik, Rusiya ilə razılaşdıq. NATO baxımından bu addım heç bir mənfilik gətirmir”, – Ərdoğan Trabzonda türk gəncləri ilə görüşündə bildirib.
Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” hava hücumundan müdafiə sisteminin tədarükü üçün 2,5 milyard dollar məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.
2021-ci il avqustun sonunda Ərdoğan Rusiyadan ikinci partiya “S-400” almağı istisna etmədiyini söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!