Rüşvət skandalı: Vergi yoxlamasından qaçmaq üçün 200 min manatlıq razılaşma ifşa olundu
Vergi yoxlamasının keçirilməməsi üçün rüşvət almaqda ittiham olunan vəzifəli şəxslər saxlanılıb.
Minval.info xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bəzi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı daxil olan məlumat əsasında araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. İlkin istintaq nəticəsində, DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovun 2026-cı ilin may ayında Bakı şəhərindəki ticarət mərkəzlərindən birində fəaliyyət göstərən sahibkarlardan vergi yoxlamasının keçirilməməsi və cərimə tətbiq edilməməsi üçün ümumilikdə 200 min manat rüşvət aldıqları müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 maddələri ilə ittiham irəli sürülüb və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir və digər iştirakçıların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu
Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı