Rusiyaya getmək istəyənlər, əliniz cibinizdə olsun - VİDEO
Rusiyada keçirilən futbol üzrə dünya çempionatına Azərbaycanda da kifayət qədər maraq var. Bunu nəzərə alan turizm şirkətləri dünya çempionatına özəl tur paketlər hazırlayıblar. Bəzi turpaketlərə dünya çempionatının final matçının da bileti daxildir. Qiymətlər necədir? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik.
Futbol üzrə dünya çempionatının başlaması bütün diqqətləri Rusiyaya yönəldib. Bir-birindən maraqlı və həyəcanlı oyunları ekran qarşısından baxanlarla yanaşı, canlı izləmək istəyənlər də var.
Dünya çempionatına ölkəmizdə də həddindən artıq marağın çox olması turizm şirkətələrini də hərəkətə keçirib. Artıq bəzi turizm şirkətləri dünya çempionatına özəl, 3 gün-2 gecəlik tur paketlər hazırlayıblar.
Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, Rusiyaya həddindən artıq turist axını qiymətləri nəzərə çarpacaq dərəcədə artırıb. Buna baxmayaraq, dünya çempionatını yerindəcə izləmək üçün Rusiyaya gedən azərbaycanlılar da az deyil.
Ekspert Rəhman Quliyevin sözlərinə görə, dünya çempionatının final biletinin daxil olduğu tur paketlər də var. Bu paketlərin qiymətləri xeyli bahadır.
Rəhman Quliyev bildirir ki, final biletlərini daha ucuz almaq da mümkündür.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Xatırladaq ki, dünya çempionatının final biletləri 1100 dollardan satışa çıxarılıb. Final günü yaxınlaşdıqca biletlərin qiyməti də xeyli bahalaşıb.
Qeyd edək ki, 14 iyunda start götürən futbol üzrə dünya çempionatı, iyul ayının 15-də Moskvada keçiriləcək final matçı ilə sona çatacaq.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı