Rusiyanın Patriarxı Prezident İlham Əliyevi təbrik edib
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Minval.info xəbər verir ki, mətndə deyilir:
“Zati-aliləri,
Möhtərəm İlham Heydər oğlu,
Şəxsi həyatınızda əlamətdar gün – 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.
Siz Azərbaycan Prezidenti vəzifəsində illər boyu səylə çalışaraq Qafqaz regionunda ictimai həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verirsiniz. Sevindirici haldır ki, topladığınız qiymətli təcrübə respublikanızın xalqları üçün layiqli həyat şəraiti yaradılmasına və onların ahəngdar yaşayışına kömək edən mühüm strateji qərarlar qəbul etməyinizə imkan verir.
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə xoş qarşılıqlı münasibətə, həmçinin Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin Qarabağda sülhün bərqərar olmasına yönəlmiş birgə səylərinə göstərdiyiniz diqqətə görə Sizə minnətdaram.
Sizə möhkəm cansağlığı, firavanlıq və ali vəzifənizdə Tanrının bundan sonra da yardımçı olmasını arzu edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!