08.09.2021 - 14:03
Dünya 2 baxış

Rusiyanın fövqəladə hallar naziri təlim zamanı həlak olub

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib.

“Minval.info” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: