Rusiyalı siyasətçinin Bakıda qəfil ölümü ilə bağlı araşdırma başladı
Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulisin Bakıda hansı hoteldə vəfat etməsi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən “Four Seasons” hotelində baş verib. Belə ki, saat 17:00 radələrində hoteldə qonaq olan 1945-ci il təvəllüdlü Burbulis Gennadi Eduardoviçin halı qəfil pisləşib, dərhal təcili tibbi yardıma müraciət edilsə də, o, vəfat edib.
G.Burbulisin ölüm faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, Burbulisin sözçüsü Andrey Markov “İnterfaks”a bildirib ki, RSFSR-in keçmiş dövlət katibi xəstə olmayıb: “Özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib”.
G.Burbulis Boris Yeltsinin Prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı