Rusiyalı alim: “Günəş sistemindən kənarda yadplanetli sivilizasiyalar var” — FAKTLAR
Rusiyanın astronomiya institutunun direktoru Dmitriy Bisikalo bəyan edib ki, Günəş sistemindən kənarda müxtəlif yadplanetli sivilizasiyalar mövcuddur.“Ölkə.Az” xəbər verir ki, Bisikalo qeyd edib ki, sadəcə yadplanetlilər Yer sakinləri ilə rabitə qurmaq istəmirlər.
“Mən bilirəm ki, yadplanetli sivilizasiyalar mövcuddur. Bizim sivilizasiya var, deməli anoloji sivilizasiyalar da mövcuddur. Kaliforniyanın Santa-Kruz universitetinin professoru Frenk Dreyk 1960-cı ildə yadplanetli sivilizasiyaların sayını hesablayan formul icad edib. Bu formula görə onlarla rabitəyə girmək olar”, – deyə alim bildirib.
Rusiyalı alim qeyd edib ki, bəşəriyyət bu günə qədər yadplanetli sivilizasiyanın mövcudluğu barədə faktlara rast gəlməyib. Bunun səbəbi isə yadplanetlilərin rabitəyə girmək istəməməsidir. İkinci səbəb isə sivilizasiyanın kifayət qədər az müddətdə mövcud olması, qısa aktivliyidir:
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Məsələn, bizim sivilizasiya XX əsrə qədər heç bir şüa buraxmırdı. İndi Yer planeti müxtəlif diapazonlarda elektron siqnal buraxır”.
Bisikalonun sözlərinə əsasən, ekzo planetlərin kəşfindən sonra yadplanetli sivilizasiyalar barədə müzakirələr praktiki təcrübələr zolağına keçdi. Alim qeyd edir ki, hazırda əsas məqsədlərdən biri kosmosda bio markerlərin kəşfidir. Bio marker deyiləndə isə oksigen, ozon, metan nəzərdə tutulur. Amma onların ekzo planetdə mövcud olması həyatın olması anlamına da gəlmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar