ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
ABŞ-ın Florida ştatında yaşayan bir şəxs sağlamlığı ilə bağlı yaşadığı problemlərə görə OpenAI şirkətini məhkəməyə verib. Minval.info xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.
Məlumata görə, keşiş Skott Vinters Kaliforniya ştat məhkəməsində OpenAI və şirkətin baş icraçı direktoru Sam Altman əleyhinə iddia qaldırıb.
İddia ərizəsində qeyd olunur ki, Vinters 2024-cü ildə səhhəti ilə bağlı suallarını ChatGPT-yə ünvanlayıb. Bildirilir ki, çatbot əvvəlcə ona həkimə müraciət etməyi tövsiyə etsə də, sonradan bu xəbərdarlıqları dayandıraraq birbaşa sağlamlıqla bağlı məsləhətlər verməyə başlayıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Şikayətçinin sözlərinə görə, ChatGPT vəziyyətinin ciddi təhlükə yaratmadığını bildirdiyi üçün o, peşəkar tibbi yardım almağı gecikdirib. Nəticədə Vintersə ağciyər emboliyası diaqnozu qoyulub və o, reanimasiya şöbəsinə yerləşdirilib.
İddia tərəfi hesab edir ki, baş verən hadisə süni intellekt sistemlərində təhlükəsizlik mexanizmlərinin yetərincə effektiv olmadığını göstərir.
OpenAI isə açıqlamasında bildirib ki, ChatGPT-nin istifadə şərtlərində xidmətin diaqnoz və müalicə məqsədilə istifadə edilməməsi açıq şəkildə qeyd olunur. Şirkət əlavə edib ki, sağlamlıqla bağlı cavabların təhlükəsizliyini və keyfiyyətini artırmaq istiqamətində işlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR