Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Misirdəki Menkaure Piramidasının şərq fasadında ilk dəfə hava ilə dolu boşluqlar aşkarlanıb. Bu, əvvəllər aşkarlanmamış ikinci girişin olması ilə bağlı fərziyyələri gündəmə gətirib.
Musavat.com xəbər verir ki, araşdırmanın nəticəıəri NDT&E International elmi jurnalında dərc olunub.
Bildirilir ki, mümkün ikinci girişi göstərən struktur boşluqlar təxminən 4500 ildən sonra ilk dəfə olaraq Misirin Giza Yaylasında ən kiçik piramida olan Menkaure Piramidasında aşkar edilib.
Professor Kristian Qross və Münhen Texniki Universitetindəki komandası ultrasəs, yerə nüfuz edən radar və elektrik müqavimət tomoqrafiyası kimi metodlardan istifadə edərək piramidanın daxili hissəsini araşdırıb, şərq fasadında əvvəllər məlum olandan fərqli bir daş düzülüşü aşkar ediblər.
Mütəxəssislərin fikrincə, məlumatlar piramidanın şərq fasadındakı cilalanmış qranit blokların arxasında iki ayrı hava boşluğunu göstərir, halbuki bu blokların “düzlüyü” əvvəllər yalnız şimaldakı əsas girişlərdə müşahidə olunub.
Araşdırma məlumatlarına görə, ilk müəyyən edilmiş boşluğun dərinliyi 1,4 metr, hündürlüyü 1 metr və eni 1,5 metrdir. İkinci kameranın dərinliyi 1,13 metr, hündürlüyü 0,9 metr və eni 0,7 metrdir. Dördüncü sülalənin fironu Menkaure üçün təxminən eramızdan əvvəl 2510-cu ildə tikilmiş Menkaure Piramidasının hündürlüyü təxminən 60 metrdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
Çimərliyə gedənlərin nəzərinə
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb