21.08.2026 - 08:59
Maraqlı 854 baxış

Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri

Həyatlarına zibil qutusunun kənarında, qaranlıq küçələrdə və ya soyuq zirzəmilərdə başlayan uşaqların bəziləri illər sonra milyonçu, ixtiraçı və hüquq müdafiəçisi kimi tanınıb.

Minval.info xəbər verir ki, bu uşaqların arasında ən tanınmışlardan biri amerikalı texnologiya sahibkarı Freddi Figgersdir. 1989-cu ildə Floridada doğulan Freddi, zibil qutusunun yanında tərk edildikdən sonra təsadüfən bir şəxs tərəfindən tapılıb və polisə xəbər verilib. Daha sonra Natan və Betti Figgers tərəfindən övladlığa götürülən Freddi, məktəb illərində “zibil qutusu körpəsi” olaraq lağ edilsə də, bu damğanın gələcəyini müəyyənləşdirməsinə imkan verməyib. Doqquz yaşında xarab kompüteri təmir edən Freddi, 15 yaşında ilk şirkətini qurub və atasının Alzheimer xəstəliyi səbəbindən hazırladığı GPS qurğulu ayaqqabını milyonlarla dollara satıb.

Morgan Hill isə doğulduğu gün plastik torbada zibil qutusuna atılıb. Tibb işçiləri tərəfindən “Meri Qreys” adlandırılan bu qız, sonradan övladlığa götürülüb və təhlükəsiz təslimetmə qanunlarının fəal müdafiəçisinə çevrilib. O, valideynlərin istəmədikləri körpələri təhlükəsiz və qanuni şəkildə aidiyyəti qurumlara təhvil verməsinin vacibliyini vurğulayır.

Azərbaycanda da oxşar hadisələr yaşanıb. 2021-ci ildə Sumqayıtda zibil atarkən körpə səsi eşidən sakin, vaxtından əvvəl doğulduğu ehtimal edilən bir qızı xilas edib. Körpə Perinatal Mərkəzə yerləşdirilib və vəziyyətinin yaxşı olduğu bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: