Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edildi
Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə “Minval.info”ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.
Belə ki, Qusar Rayon Polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Namiq Əlistanov bu il iyulun 11-də Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb. Oktyabrın 5-də o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi