Rusiyada azərbaycanlı avtoritet öldü - Yerinə keçəcək namizədlər
Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski) 67 yaşında Rusiyada dünyasını dəyişib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əsasən Sverdlovsk əyalətinə nəzarət edən və “Lotu Quli”nin (Nadir Səlifov) adamı kimi tanınan “vor-zakon”un nəşi qohumları tərəfindən Azərbaycana gətirilib və burada dəfn olunub.
Vaqif Kamışlovski uzun müddətdir səhhəti ilə bağlı problem yaşayırdı və kriminal aləmdən, demək olar ki, getmişdi. Heç kimi tanımayan kriminal avtoritetin sağalacağına ümid edən qohumları onun xaricdə müalicəsi üçün pul da yığıblar.
Hazırda Sverdlovsk əyaləti yeni “nəzarətçi”sini gözləyir. Kamışlovskinin yerinə iddialı namizədlər Andrey Vorotnikov, Ağayar Ağayev, Nadir Səlifov və Qiya Sverdlovskidir.
Hələ aprelin ortalarında Kamışlovskinin öz səlahiyyətlərini Andrey Vorotnikova təhvil verməsi üçün hazırlanan “yığıncaq” hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir