Rusiyada azərbaycanlı arvadını döyərək öldürdü

Rusiyada yaşayan azərbaycanlı arvadını döyərək öldürüb.
Məlumata görə, hadisə Rusiyanın Xabarovsk diyarının Amursk şəhərində baş verib.
Masallı rayonu Xallıcallı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyeva İlahə Balavər qızı əri Quliyev Nazim Mahmud oğlu tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.
Bu barədə məlumat verən İ. Quliyevanın atası Balavər Mirzəyev bildirib ki, qızı ölümündən bir neçə saat əvvəl şəkil çəkdirərək anasına göndərib. İ. Quliyevanın meyiti ailəsinə aprelin 4-ü təhvil verilib. Onun qohumları hadisədə bəzi şübhələr olduğundan meyitin təkrar müayinəsini tələb ediblər.
İ. Quliyeva bu gün Masallı rayonunun Xallicalli kəndində dəfn edilib. Onun iki qızı və iki oğlu var.
Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir