Rusiya Ermənistana satdığı qazın qiymətini artırır
Rusiya baş nazirinin müavini Dmitri Kozak Ermənistan Nazirlər Kabinetinə məktub göndərib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, konkret olaraq Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın adına gələn məktubda Dmitri Kozak Rusiya qazının gələn il yanvar ayının 1-dən hər 1000 kub metrə görə 215 dollara satıla biləcəyini qeyd edib.
D.Kozak Rusiya hökumətinin mövqeyinin müzakirəyə açıq olmadığını vurğulayıb.
Hazırkı rəqəm isə hər 1000 kub metrə görə 150 dollar təşkil edir.
Ermənistanın “168 jam” qəzetinin yazdığına əsasən, hələlik Tiqran Avinyanın özündən bu xəbərə reaksiya almaq mümkün olmayıb. Onun əvəzinə isə aparat rəhbəri Varaq Siseryan cavab verməli olub.
V.Siseryan ümumiyyətlə, hər hansı bir məktubun gəlmədiyini bildirib və hətta onun mövcudluğunu inkar edib.
“Kozak və Avinyan arasında danışıqlar prosesinin formatı və sonrakı mərhələləri barədə telefon danışığı olub. Biz rusiyalı tərəfdaşlarımızla bu məsələ ilə bağlı qarşılıqlı razılıq və anlayış çərçivəsində, hər hansı ultimatumlar olmadan müzakirələr aparırıq”, – deyə Ermənistan rəsmisi mətbuata danışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!